Arda Turandan müzakirəyə çevrilən fotosu barədə - Açıqlama

arda-turandan-muzakireye-cevrilen-fotosu-barede
Oxunma sayı: 3764

“Qalatasaray”ın Türkiyə Superliqası çərçivəsində “Giresunspor”a 0:1 hesabı ilə uduzduğu matçda meydana çıxan Arda Turan fotosu ilə gündəm oldu. “Qafqazinfo” xəbər verir ki, ulduz  futbolçunun formasından uzaq, kök halda olan fotosu diqqət çəkib. 

Arda İnstaqram hesabında onunla bağlı edilən paylaşımlara cavab verib:

“Hazırda “Qalatasaray” olaraq çətin günlərdən keçirik. Ötən mövsüm də komandamız lider idi, amma mən insanlar üçün müzakirə mövzusu olmuşdum. Amma bunlardan bezib heç bir yerə qaçmayacam. Mən “Qalatasaray” üçün oynayarkən rəqib oyunçunun qarşısını almaq üçün etdiyim müdaxilə sonunda zədələndim. Aylarla yatdım və düzgün qaça bilmədim. Ağrılarım çox yüksək idi. “Giresunspor”la matçda komandama kömək etmək üçün məşqçimdən icazə aldım və meydanda oldum. Uzun müddət edilən bütün fədakarlığım, əməyimin nəticəsi fərqli rakursdan çəkilən bir foto nəticəsində ucuz müzakirələrə çevrildi. Heç dayanmayacam və davam edəcəm”.