İspaniyanın “Barselona” klubunun və milli komandasının hücumçusu Lamin Yamal ilin ən yaxşı gənc futbolçusu seçilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Londonda keçirilən “Qızıl top” (Ballon d'Or) mükafatlandırma mərasimində elan olunub.
19 yaşlı istedadlı hücumçu bu mükafatı üst-üstə üçüncü dəfə qazanaraq rekorda imza atıb. Qadınlar arasında ilin ən yaxşı gənc futbolçusu adını isə “Barselona”nın digər üzvü Viki Lopes qazanıb.
Qeyd edək ki, yubiley nitqində olan 70-ci təntənəli təqdimat mərasimi hazırda Londonun “Palladium” teatrında baş tutur. Mükafat tarixində ilk dəfə Fransadan kənarda təşkil edilib. Londonun seçilməsi isə 1956-cı ildə “Qızıl top”un ilk sahibi olmuş ingiltərəli əfsanəvi futbolçu Stenli Metyuzun xatirəsinə hörmət əlamətidir.
“Qızıl top” hər il Fransanın “France Football” jurnalı tərəfindən ilin nəticələrinə əsasən dünyanın ən yaxşı futbolçusuna təqdim olunan ən nüfuzlu fərdi mükafat sayılır. 2025-ci ildə bu mükafata Fransanın PSJ klubunun hücumçusu Usman Dembele layiq görülmüşdü. Mükafatın mütləq rekordçusu isə 8 “Qızıl top” sahibi olan Lionel Messidir.
Xatırladaq ki, mərasimdən öncə “Qızıl top”un rəsmi saytında texniki xəta ucbatından qaliblərlə bağlı səhvən paylaşımlar edilmişdi.
Son xəbərlər
Son Xəbərlər