Arif Hacılı sərbəst buraxıldı - Yenilənib

arif-hacili-serbest-buraxildi
Oxunma sayı: 5397

Müsavat partiyasının başqanı Arif Hacılı saxlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə partiya funskionerləri məlumat verib. Müsavat bu gün Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd edib. A.Hacılı avtomobili ilə həmin əraziyə gələrkən yol polisi tərəfindən “saxla” əmri verilib və saxlanılaraq aparılıb.

Müsavatın askiyası zamanı da bir neçə üzvü saxlanılıb.

***

A. Hacılı sərbəst buraxılıb.

***

Arif Hacılı deyib ki, özünü Bakı Baş Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəhbər şəxslərindən biri kimi təqdim edən şəxs onu saxlayıb 18-ci Polis Bölməsinə aparıb. Orada bir qədər gözlədəndən sonra sərbəst buraxıblar.