“Arif müəllim elçiliyimdə “hə”mi verib” - Foto

arif-muellim-elciliyimde-hemi-verib
Oxunma sayı: 13525

Müğənni Gülay Zeynallı Xalq artisti Arif Babayevi evində ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, xanəndə ilə fotolarını sosial şəbəkə hesabında paylaşan ifaçı yazıb: “Arif müəllim 8 il ustadım olub. Asəf Zeynallı adına Milli Kollec və Milli Konservatoriyada mənə dərs deyib. Arif müəllim elçiliyimdə “hə”mi verib. Bir sözlə, həyatımda və sənətimdə yeri çox böyükdür. Bu gün doyunca dedik, güldük. Gültəkin xalamın aşından yedik. Allah sənə can sağlığı versin, Hacı. Mən səni çox istəyirəm”.

Qeyd edək ki, Gülay Zeynallı tanınmış məşqçi Kamil Zeynallı ilə evlidir. Onların bir qız övladı var.