Arif Qasımov könüllülərlə görüşdü

arif-qasimov-konullulerle-gorusdu
Oxunma sayı: 941

Bu gün Nizami Rayon İcra Hakimiyyətində “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində gənc könüllülərlə görüş keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov ölkəmizdə könüllülük hərəkatının sürətlə inkişaf etdiyini, Prezident İlham Əliyevin bu sahəyə diqqət, qayğı və dəstək göstərdiyini, bunun nəticəsində könüllülük hərəkatının yüksək inkişaf səviyyəsinə çatdığını, gənclər üçün yeni fürsətlər yaratdığını söyləyib. A.Qasımov xüsusilə son illərdə Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci ildə birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları və digər mötəbər beynəlxalq tədbirlərin təşkilinə ümumilikdə on minlərlə könüllünün cəlb olunduğunu, bu tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda, təcrübəli könüllülərdən ibarət bazanın formalaşdığını diqqətə çatdırıb.

Sonra Rayon İcra Hakimiyyətində könüllülərə göstərdikləri səmərəli fəaliyyətə görə Təşəkkürnamə, könüllü kimi işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərə isə xüsusi sertifikatlar təqdim edilib.

Sonda xatirə şəkli çəkdirilib.