Arif Rəhimovun postuna gətirilən kimdir?

arif-rehimovun-postuna-getirilen-kimdir
Oxunma sayı: 11444

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəhbərliyinə dəyişiklik edildiyi açıqlanıb.

“Qafqazinfo”nun məlumatına görə, mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov şirkətin icraçı direktoru vəzifəsindən azad edilib və onun yerinə Maqsud Fərzullayev təyin edilib.

M.Fərzullayev Milli Gimnastika Arenasında icraçı direktor vəzifəsində çalışıb. Avropa Oyunları, İslam Oyunları və Formula 1 Qran-prisində təşkilat komitəsinin tərkibində yer alıb.