Tanınmış klubun stadionu sel altında qaldı - Fotolar

taninmis-klubun-stadionu-sel-altinda-qaldi
Oxunma sayı: 3088

Braziliyada baş verən sel fəlakəti nəticəsində “Qremio”nun ev oyunlarını keçirdiyi stadion da zərər görüb.

“Qafqazinfo” xəbər verir ki, “Qremio Arena”nı su basıb və stadionun meydanı palçıqlı hovuza çevrilib. 

Qeyd edək ki, arena 2012-ci ildə istifadəyə verilib. 60 min tutumu olan  “Qremio Arena” Cənubi Amerikanın ən müasir stadionlarından biridir. 

Qeyd edək ki, Braziliyada ötən həftədən indiyədək davam edən yağış nəticəsində yaranan sel səbəbindən 84 nəfər dünyasını dəyişib, 111 nəfər itkin düşüb.