“AstraZeneca” ilə bağlı qərar açıqlanarkən huşunu itirdi - Video

astrazeneca-ile-bagli-qerar-aciqlanarken-husunu-itirdi
Oxunma sayı: 8417

Danimarka Dərman Agentliyi Farmakologiya Departamentinin direktoru Tanya Eriksen ötən gün keçirilən mətbuat konfransında huşunu itirərək yerə yıxılıb.

“Qafqazinfo” xəbər verir ki, Danimarkada “AstraZeneca/Oxford” peyvəndinin istifadəsinin dayandırılması ilə bağlı qərarın açıqlandığı mətbuat konfransında Tanya Eriksen huşunu itirib və yerə yıxılıb. Ona ilkin təcili yardımı zalda olan jurnalistlər edib.

Bir çox televiziyanın canlı yayımı zamanı baş verən hadisə ölkədə gündəm yaradıb.

Səhiyyə Şurasının üzvü mətbuata verdiyi açıqlamada Eriksenin vəziyyətinin yaxşı olduğunu və yorğunluq səbəbindən qan təzyiqinin düşdüyünü bildirib.