Atambayev aclıq aksiyasına başladı

Atambayev aclıq aksiyasına başladı
Oxunma sayı: 2096

Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayev Milli Təhlükəsizlik Dövlət Komitəsinin təcridxanasından 1 saylı paytaxt təcridxanasına köçürüldükdən sonra aclıq aksiyasına başlayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə eks-Prezidentin vəkili Sergey Slesarev məlumat verib.

“O, 1 saylı paytaxt təcridxanasına köçürülüb. Buna etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb”,- deyə Slesarev qeyd edib.

Xatırladaq ki, A. Atambayev oktyabrın 6-na keçən gecə iğtişaşlar zamanı tərəfdarları tərəfindən Dövlət Milli Təhlükəsizlik Komitəsinin İstintaq Təcridxanasından azad edilmişdi. Daha sonra isə, 10 oktyabrda yenidən xüsusi xidmət orqanları tərəfindən saxlanılmışdı.