ATV-nin əməkdaşları koronavirus testindən keçirilir - Video

atv-nin-emekdaslari-koronavirus-testinden-kecirilir
Oxunma sayı: 2374

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının əməkdaşları arasında koronavirus aşkarlanıb. 

"Qafqazinfo" "ATV xəbər"ə istinadən bildirir ki, bu səbəbdən telekanalın təşəbbüsü ilə digər əməkdaşların da koronavirus testindən keçirilməsi üçün televiziyaya tibbi briqada dəvət olunub.

"İlkin olaraq, 100 əməkdaşda koronavirus testi edilib. Onlardan ikisi müsbət çıxıb. Telekanalın digər əməkdaşları da növbəli şəkildə testdən keçirlər", - məlumatda deyilir. 

Qeyd edək ki, ötən gün TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqi zamanı ATV-nin 3 əməkdaşının koronavirusa yoluxduğunu açıqlamışdı.