“Audi” ilə gələn dəstə bıçaq çıxarıb 400 manat apardı

audi-ile-gelen-deste-bicaq-cixarib-400-manat-apardi
Oxunma sayı: 1449

Biləsuvar rayon sakini polisə müraciət edərək fevralın 27-də Bakıxanov qəsəbəsi ərazisində 2 nəfərin ona bıçaqla hədə-qorxu gəlib 400 manatını aldıqlarını, daha sonra isə “Audi” markalı avtomobildə hadisə yerini tərk etdiklərini bildirib.

“Qafqazinfo” xəbər verir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Abşeron rayon sakinləri G.Həsənquliyev, Ə.İbrahimov və avtomobilin sürücüsü Bakı şəhər sakini E.Qədirzadə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.