Avarçəkmə üzrə “Mingəçevir reqatası” başa çatdı - Fotolar

avarcekme-uzre-mingecevir-reqatasi-basa-catdi
Oxunma sayı: 1761

​ Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Mingəçevir reqatası-2023” beynəlxalq turniri başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, 8 ölkədən 14 komandanın iştirakı ilə təşkil edilən reqatada Azərbaycan komandası ümumilikdə 20 medal qazanıb. Onlardan 8 qızıl, 4 gümüş, 8-i isə bürünc əyarlıdır.

Həmçinin komanda hesabında qazanılan medal nisbətinə görə Azərbaycan kayak və kanoe növündə “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinin kubokuna sahib olub. Akademik avarçəkmədə isə kubok Gürcüstan komandasına təqdim edilib.

Qeyd edək ki, “Mingəçevir reqatası” ardıcıl iki ildir Avropa Kanoe Assosiasiyasının (ECA) təqvim planına daxil edilir.