Avropa çempionatları tarixində ilk

avropa-cempionatlari-tarixinde-ilk
Oxunma sayı: 4056

Avropa çempionatları tarixində ilkə imza atılıb.

"Qafqazinfo" xəbər verir ki, bu, E qrupunda keçirilən Polşa - Slovakiya matçında baş verib. 

Belə ki, 18-ci dəqiqədə Polşa millisinin yarımmüdafiəçisi Robert Makın vurduğu zərbədən sonra top dirəyə dəyib, daha sonra qapıçı Voyçex Şesniyə dəyərək tora daxil olub. Beləliklə, qolkiperdən avtoqol qeydə alınıb.

Bununla da Şesni Avropa çempionatları tarixində ilk qapıçı avtoqol müəllifi olub.