Avropa filmləri Bakıya gəlir

avropa-filmleri-bakiya-gelir
Oxunma sayı: 647

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən ANS PRESS-ə verilən məlumata görə, festivalın 6-10 oktyabr tarixlərində keçirilməsi planlaşdırılıb. Festivala bütün dünyada tanınmış aktyorlar və rejissorlar da təşrif buyuracaqlar.

Festivalın proqramına Azərbaycanda nümayəndəliyi olan 12 Avropa İttifaqı ölkəsindən ( Avstriya, Belçika, Çexiya, Almaniya, İtaliya, Latviya, Litva, Niderland, Polşa, Böyük Britaniya və Yunanıstan və Fransanın birgə işi olan film) 11 filmin nümayişi daxildir.

Festivalın qonaqları fransız kinorejissor Olivier Horlait, avstriyalı kinorejissor Michael Glawogger, polşalı rejissor Marek Lechki, Almaniyada sənədli filmlərin rejissoru olan Stefan Kolbe and Chris Wright, litvalı rejissor Inesa Kurklietyte, yunan aktyoru Gennadios Patsis olacaqlar. Kinoların nümayişindən sonra auditoriyaya qonaqlarla interaktiv diskussiyalarda iştirak ermək imkanı veriləcək.

Filmlərin nümayişi hər kəs üçün pulsuzdur. Biletlər "Park Bulvar" dakı "Park Cinema"dan alına bilər