“Avroviziya”nın güclü qrupunda koronavirus aşkarlandı - Yenilənib

avroviziyanin-guclu-qrupunda-koronavirus-askarlandi
Oxunma sayı: 2405

“Avroviziya-2021” mahnı müsabiqəsinin favoritlərindən olan İslandiya bu gün və sabah keçiriləcək məşqlərdə iştirak etməyəcək.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb təmsilçi “Daði og Gagnamagnið” qrupunun bir üzvünün koronavirusa yoluxması olub.

Bu barədə ölkənin RUV dövlət kanalı məlumat yayıb. Qeyd olunub ki, qrupun digər üzvləri karantinə alınacaq və məşqlərdə iştirak etməyəcək.

İslandiyanın ikinci yarımfinalda yer alıb-almayacağı isə solist və digərlərinin verdiyi test nəticələrindən sonra müəyyənləşəcək.

Xatırladaq ki, İslandiya bukmeykerler proqnozuna əsasən, top 5-likdədir.

***

İslandiyanın dövlət kanalının məlumatına əsasən, ölkə təmsilçisi “Daði og Gagnamagnið” qrupu ikinci yarımfinalda yer almayacaq. Canlı yayım zamanı qrupun məşqlər zamanı lentə alınan görüntüləri göstəriləcək.