Avtomobildən aksiz markası olmayan külli miqdarda siqaret tapıldı

avtomobilden-aksiz-markasi-olmayan-kulli-miqdarda-siqaret-tapildi
Oxunma sayı: 2674

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini F.Məmmədovun idarə etdiyi nəqliyyat vasitəsi saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, avtomobilə baxış zamanı aksiz markası olmayan 1740 ədəd müxtəlif markalı siqaret aşkarlanaraq götürülüb.

Bundan əlavə aparılan profilaktik tədbirlər nəticəsində son iki gün ərzində 1-i könüllü olmaqla, rayon sakinlərindən 5 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.