Avtoyumadan “BMW” qaçırdı, qəza törətdi

avtoyumadan-bmw-qacirdi-qeza-toretdi
Oxunma sayı: 1865

DİN-in “102” Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini H.Məmmədov yanvarın 15-də saat 1 radələrində Binəqədi rayonunun Mircəlal küçəsindəki avtomobillərin yuyulması məntəqəsindən “BMW” markalı avtomobilinin qaçırıldığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin həmin məntəqədə işləyən Ağcəbədi rayon sakini B.Cavadov tərəfindən qaçırılması və həmin gün saat 4 radələrində Sumqayıt şəhəri ərazisində idarə edərkən maneəyə vurması müəyyən edilib.

B.Cavadov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.