Axtarış-xilasetmə işləri başa çatdı - İki nəfər ölüb

axtaris-xilasetme-isleri-basa-catdi
Oxunma sayı: 1925

Ötən gün Türkiyənin Konya şəhərində çökən binada axtarış-xilasetmə işləri başa çatıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, dağıntılar altından cansız bədəni çıxarılan şəxslərin sayı ikiyə çatıb. Ölənlərdən birinin 23 yaşlı qadın olduğu bildirilir.

3 nəfər isə sağ olaraq xilas edilib.

Qeyd edək ki, hadisə ilə əlaqədar 4 nəfər saxlanılıb. Şübhəlilərdən ikisi həmin binanın aşağı mərtəbəsində yerləşən obyektlərin sahibi, digərləri isə idarəçiləridir.