Ayağı sınan xadimə şoka düşüb öldü

ayagi-sinan-xadime-soka-dusub-oldu
Oxunma sayı: 1671

Goranboyda qadın faciəvi şəkildə vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə yanvarın 1-i saat 16 radələrində rayonun Dəliməmmədli şəhərində qeydə alınıb.

Şəhər ərazisində “Azərbaycan Dəmir Yolları” QSC-də xadimə işləyən Samux rayon sakini 1967-ci il təvəllüdlü Nahidə Yusif qızı Məmmədovanın ayağı sınıb.

Belə ki, qadın dəmir yolu relsinin üzərindən keçərkən ayağı relsin kənarındakı beton dirəyin arasında qalaraq qırılıb. Ağrıdan şoka düşən N.Məmmədova hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.