Aygün Kazımova ad günündə vəfasızlardan oxudu - Video

aygun-kazimova-ad-gununde-vefasizlardan-oxudu
Oxunma sayı: 3520

Xalq artisti Aygün Kazımova doğum günündə yenə adət-ənənəsinə sadiq qalıb.

“Qafqazinfo” xəbər verir ki, pop-diva yeni klipini sevənlərinin ixtiyarına verib.

“Vəfasızlar unudulmur” adlı mahnının sözləri Şahin İlqar, musiqisi İsmayıl Əsədova məxsusdur.

Ekran işi Moskvada lentə alınıb. Klipdəki modellər də Rusiyadan seçilib.

O, klipdə beş fərqli obrazda görüntülənib. 

Aygün Kazımova klipdə vəfasızlıqla üzləşən qadını canlandırıb.