Bir qəzadan yayınıb, digərinə tuş gəldi - Video

bir-qezadan-yayinib-digerine-tus-geldi
Oxunma sayı: 3687

Bakı–Qazax yolunun Göygöl rayonu, Üçtəpə kəndi ərazisində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Hərəkətdə olan “KamAZ” markalı yük avtomobilinin qarşısına piyada çıxıb.

O, qəzanın baş verməməsi üçün hadisədən yayınmağa çalışarkən aşıb.

Bu zaman yoldan keçən digər minik avtomobili həmin piyadanı vurub.

O, ağır xəsarət alaraq Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Hazırda hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

***

Məlumata görə, hadisə zamanı xəsarət alan şəxs 1987-ci il təvəllüdlü Ələsgərov Nizaməddin Vəli oğludur.

Yunis Quliyev