“Qarabağ”a 0:6 hesablı məğlubiyyətə görə futbolçularını cəzalandıracaq

qarabaga-06-hesabli-meglubiyyete-gore-futbolcularini-cezalandiracaq
Oxunma sayı: 4836

“Araz Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko “Qarabağ”a 0:6 hesablı məğlubiyyətdən sonra mətbuat konfransında iştirak edib.

“Qafqazinfo” onun açıqlamsını təqdim edir:

- “Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm. Çox yaxşı oynadılar. Onlar istədikləri hər şeyi edə bildilər. Bizim fikrimiz daha başqa idi. Pressinq edib, onları topsuz saxlamaq istəyirdik. Hansısa futbolçu bunu etməyəndə bu bütün komandaya təsir edir. Birinci qol oyunumuza təsir etdi. Qapıçımız topu götürməli idi, səhv etdi. Belə olanda rəqibə özgüvən verirsən, nəticəyə təsir edir. Azarkeşlərimizdən üzr istəyirəm. Onlar bugünkü məyusluğa layiq deyildilər. Futbolu bütün komanda oynamalıdır. Bizim futbolçuların bəziləri oynamaq istəyirdi, bəziləri yox. Təkcə oyunçular yox, məşqçilərin də səhvi var.

- Hədəfiniz avrokuboklardı. “Şamaxı” və “Karvan-Yevlax”a qarşı oyunlarınız var qarşıda. Bu matçları həlledici hesab edirsiz?

- Düzdür, bu məğlubiyyətdən sonra toparlanmaq çətin olacaq, amma çalışacağıq.

- Sizin ən böyük səhviniz elə “Qarabağ”a qarşı topla oynamaq istəyi deyildi? Çünki sübut olundu ki, bunu bacarmadınız.

- “Qarabağ” kimi komandaya qarşı oynamaq asan deyil. Futbolçularda da narahatlıq olur, oyun alınmır. Çəkinirlər.

- Oynamaq istəməyən futbolçulara qarşı “ölçü götürmək” fikriniz var?

- Komandanı bir yerə yığıb səhvlərimizi axtarmalıyıq. Oyunçular cərimələnəcək. Bu qərarı klub prezidenti verir.

- Ola bilər ki, futbolçular sizə görə bilərəkdən oynamaq istəmir? Çünki “Qarabağ” kimi komandaya qarşı oynamaq üçün əlavə motivasiya olmalıdı.

- Bizim fəlsəfəmiz eynidi. Bütün komandalara qarşı eyni oyun göstərmək istəyirik. Hərdən belə də olur.

- Komandanın ev oyunlarını Bakıda keçirməyinin nəticəyə təsiri var? Ukraynada Donetsk təmsilçisinin ev oyunlarını Kiyevdə oynamasına necə reaksiya göstərərdilər?

- Harada oynamağımızın fərqi yoxdu. Çox komanda var ki, Bakıda məşq edirlər, burda da oynayırlar.