Aygün Kazımovadan “Yalana bax” - Video

aygun-kazimovadan-yalana-bax-
Oxunma sayı: 5096

Xalq artisti Aygün Kazımova “Yalana bax” adlı yeni mahnısını dinləyicilərinin ixtiyarına verib.

"Qafqazinfo"nun məlumatına görə, müğənni bu mahnısının da hit olacağına inandığını bildirib:

“Mahnını çox bəyəndim. Mahnının yaradan cütlük ilə bu mənim silsilə işimdir. “Məhəbbətə hə”, “Düşün məni”, “Sevgi yağışı”, “Dəli rüzgar” adlı hitlərimin müəllifləridir. Sevinc Şirin və Sevinc Tağıyeva ancaq hit hazırlayır. Yeni mahnımız isə “Yalana bax” adlanır. Bu mahnını ilk dinləmədən sevdim. Uğurlu işə görə bütün yaradıcı kollektivi təbrik edirəm. İnanıram ki, dinləyicilərin ürəyində özəl yeri olan mahnı olacaq”.

Qeyd edək ki, mahnının musiqi Sevinc Tağıyevaya, sözləri Sevinc Şirinə aiddir.