Aytmatovun xanımı koronavirusdan dünyasını dəyişdi

aytmatovun-xanimi-koronavirusdan-dunyasini-deyisdi
Oxunma sayı: 2674

Dünya şöhrətli qırğız yazıçı Çingiz Aytmatovun həyat yoldaşı Mariya Aytmatova koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bunu Aytmatovun gəlini Sabirə Aytmatova sosial şəbəkədə yazıb.

Yazıçının xanımı 79 yaşında müalicə olunduğu xəstəxanada vəfat edib.

Qırğızıstan Prezidenti Sadır Japarov Mariya Aytmatovanın ölümü ilə bağlı yazıçının ailəsinə başsağlığı verib.