“Bu gün Bakı vaxtı ilə saat 23.30-da İstanbul Atatürk Hava Limanından Azərbaycan Hava Yollarına məxsus təyyarə Bakı istiqamətində uçuş yerinə yetirməli idi. Bizim sərnişinlər tamamilə qeydiyyatdan keçiblər. Bunun ardınca isə partlayış baş verib”.
“Qafqazinfo” xəbər verir ki, bunu APA-ya açıqlamasında AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib.
Onun bildirdiyinə görə, partlayış AZAL-ın sərnişinlərinin olduğu yerdən xeyli kənarda baş verib: “Bizim sərnişinlərdən ölən və ya xəsarət alan yoxdur”.
P. Kəsəmənski deyib ki, partlayış səbəbindən hava limanında uçuşlar dayandırıldığı üçün AZAL təyyarəsi də havaya qalxa bilməyib.
“AZAL-ın İstanbuldakı əməkdaşları sərnişinlərə lazım olan dəstəyi verir”, -deyən P. Kəsəmənski onu da qeyd edib ki, eyni vaxtda Türk Hava Yollarının Bakı- İstanbul aviareysi də hadisə səbəbindən yerinə yetirilməyib.
Son xəbərlər
Son Xəbərlər