Azərbaycan Avtomobil Federasiyası beynəlxalq sertifikatlaşdırılmış təlimlər keçirəcək

azerbaycan-avtomobil-federasiyasi-beynelxalq-sertifikatlasdirilmis-telimler-kecirecek
Oxunma sayı: 1079

Azərbaycan Avtomobil Federasiyası (AAF) Garagineering GMBH şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb. 

"Qafqazinfo" xəbər verir ki, memoranduma əsasən, "Garagineering GMBH" Azərbaycan Avtomobil Federasiyası ilə birlikdə ölkəmizdə avtomobillərə texniki xidmət göstərən işçi heyət üçün sertifikatlaşdırılmış təlimlər keçirəcək. Təlimlərin yekununda attestasiyadan keçən şəxslər beynəlxalq dərəcəli usta sertifikatı alacaqlar. Qeyd edək ki, "Garagineering GMBH" şirkəti Almaniya və Türkiyədə beynəlxalq dərəcəli təlimlər üzrə ixtisaslaşıb. 

Təlimlərin məqsədi AAF-ın fəaliyyət istiqamətlərinə uyğun olaraq, avtomobil sənayesində peşəkar mütəxəssislərin hazırlanması və bu peşəyə gənclərdə marağın yaradılmasıdır.

İştirak etmək istəyən şəxslər qeydiyyat üçün [email protected] ünvanına müraciət edə və ya (+99450) 2950100 nömrəsi ilə əlaqə saxlaya bilərlər.