Azərbaycan bu ölkə ilə hərbi-texniki sahədə əməkdaşlıq edəcək

azerbaycan-bu-olke-ile-herbi-texniki-sahede-emekdasliq-edecek
Oxunma sayı: 2723

Azərbaycan və Özbəkistan arasında hərbi-texniki əməkdaşlıqla bağlı saziş təsdiq olunub. 

“Qafqazinfo” xəbər verir ki, Milli Məclis bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında” sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini təsdiq edib. 

Qeyd edək ki, saziş 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanıb.

Eldar Tanrıverdi