Azərbaycan çempionatında 1400-cü qolunu vurdu

Azərbaycan çempionatında 1400-cü qolunu vurdu
Oxunma sayı: 1649

“Neftçi” futbol üzrə Azərbaycan çempionatları tarixində 1400-cü qolunu vurub.

"Qafqazinfo" xəbər verir ki, bu, Premyer Liqanın 23-cü turunun “Zirə” ilə görüşünə təsadüf edib.

“Ağ-qaralar”ın 4:0 hesabı ilə qalib gəldiyi görüşdə vurulan 3-cü qol yubiley xarakteri daşıyıb. Bu qarşılaşmayadək 1397 dəfə fərqlənən bakılılar 1401-ə çatıb. Yubiley qoluna Namiq Ələsgərov imza atıb.

1992-ci ildən keçirilən ölkə çempionatları tarixində ən çox qol vuran komanda olan “Neftçi” 1400-ə 820-ci oyunda çatıb. Paytaxt təmsilçisinin orta məhsuldarlığı 1,71-ə bərabərdir.

“Ağ-qaralar” evdə 812, səfərdə 569, neytral meydanda 20 qola imza atıb.