“Azərbaycan güclü olmasa, Türkiyə güclü olmaz”

azerbaycan-guclu-olmasa-turkiye-guclu-olmaz
Oxunma sayı: 4191

Türkiyənin Baş Polis İdarəsinin feysbuk səhifəsində Azərbaycana dəstək məqsədli paylaşım edilib.

“Qafqazinfo” xəbər verir ki, paylaşımda bir daha Azərbaycan-Türkiyə qardaşlığına dair fikirlər qeyd olunub.

“Tarix, dil, din, mədəniyyət birliyi içində olduğumuz azəri qardaşlarımızla gələcəyimiz də, taleyimiz də birdir. Türkiyə də vətəndir, Azerbaycan da vətəndir... O vətən güclü olmasa, bura güclü olmaz. Bura güclü olmasa, ora güclü qala bilməz. Daim yan-yana, daim çiyin-çiyinə”,- deyə paylaşımda qeyd olunub.