Azərbaycan MDB oyunlarında ilk qızıl medalını qazandı

azerbaycan-mdb-oyunlarinda-ilk-qizil-medalini-qazandi
Oxunma sayı: 1743

Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı Qurban Konaliyevlə (Rusiya) üz-üzə gəlib. Rəqibinə 7:2 hesabı ilə qalib gələn Quluzadə qızıl medal qazanıb.

Bu, Azərbaycan komandasının I MDB Oyunlarında ilk medalı olub.