Azərbaycan və Monteneqro hava əlaqələri haqqında Saziş imzaladı

azerbaycan-ve-monteneqro-hava-elaqeleri-haqqinda-sazis-imzaladi
Oxunma sayı: 2409

Azərbaycan Hökuməti ilə Monteneqro Hökuməti arasında hava əlaqəsi haqqında Saziş imzalanıb.

“Qafqazinfo” xəbər verir ki, Sazişi Azərbaycan tərəfindən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Monteneqro tərəfindən hökumətin vitse-prezidenti, kapital investisiyalar naziri Ervin İbrahimoviç imzalayıb.

Sənəd iki ölkə arasında hava əlaqələrinin yaradılması və yerinə yetirilməsi məqsədi daşıyır.

Bu Saziş Azərbaycan və Monteneqro vətəndaşlarının qarşılıqlı səfərlərini asanlaşdıracaq və ölkələrimiz arasında turizm və mədəni əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək.