Azərbaycan və Türkmənistan Xəzər dənizində əməkdaşlığı müzakirə etdi

azerbaycan-ve-turkmenistan-xezer-denizinde-emekdasligi-muzakire-etdi
Oxunma sayı: 1111

Bu gün Türkmənistanın xarici işlər naziri Rəşid Meredov paytaxt Aşqabadda rəsmi səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkmənistan Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamaya görə, tərəflər enerji və enerji təchizatı sahəsində əməkdaşlığın beynəlxalq bazarda əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.

Bildirilib ki, Türkmənistan-Azərbaycan enerji əməkdaşlığında əlamətdar hadisə 2021-ci ilin yanvarında “Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimlənilməsi haqqında” Anlaşma Memorandumunun imzalanması olub.

Türkmənistan tərəfi enerji sahəsində əməkdaşlıq üzrə məsləhətləşmələri davam etdirməyə hazır olduğunu bəyan edib.