Fevralın 27-də Azərbaycan Voleybol Federasiyasının (AVF) İdarə heyətinin geniş iclası keçirilib.
"Qafqazinfo" xəbər verir ki, tədbirdə AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə heyətinin üzvləri, klub rəhbərləri, məşqçilər, həkimlər, hakimlər və federasiyanın digər əməkdaşları iştirak ediblər.
Ş.Bağırov iclası açaraq müzakirəyə çıxarılacaq məsələlər haqqında məlumat verib.
Tədbirdə Fərid Cəlalovun kişilərdən ibarət milli komandamızın baş məşqçisi təyin olunduğu açıqlanıb. Daha sonra F.Cəlalov yığmamızın may-iyun aylarında keçiriləcək Qızıl Avropa Liqasına hazırlıq planını təqdim edib.