Azərbaycanda 26 nəfər koronavirusdan sağalıb

azerbaycanda-26-nefer-koronavirusdan-sagalib
Oxunma sayı: 2891

Azərbaycanda indiyədək 359 nəfər koronavirus infeksiyasına yoluxub.

"Qafqazinfo" xəbər verir ki, onlardan 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib.

Hazırda 328 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 7 nəfərin vəziyyəti ağır, 17 nəfərinki orta ağır  qiymətləndirilir, digərlərinin səhhəti stabildir.