Azərbaycanda bank satışa çıxarıldı

azerbaycanda-bank-satisa-cixarildi
Oxunma sayı: 7237

Türkiyənin “Ziraat Bankası” Azərbaycanda tərəfdaşlıq etdiyi bankı satışa çıxarır.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə “Ziraat Bankası”nın baş direktoru Hüseyn Aydın Türkiyədə keçirdiyi mətbuat konfransında danışıb. Direktorun sözlərinə görə, Azərbaycanda ortaq olduqları bankı satmağı düşünürlər. H.Aydın“Tərəfdaşlıqdan yavaş-yavaş çəkilməyi və bankı Azərbaycan Maliyyə Nazirliyinə satmağı düşünürük. Yaxın günlərdə satışın tamamlanması planlaşdırılır”,- deyib .

Qeyd edək ki, “Ziraat Bankası”nın Azərbaycanda “Azər-Türk Bank”da səhmləri mövcuddur.

Ölkədəki “Ziraat Bank Azərbaycan” isə tam olaraq Türkiyənin “Ziraat Bankası”na məxsusdur.

Aysel Kərimova