“Naxçıvan” Universiteti MMC ləğv olunduğunu elan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Vergiler.az məlumat yayıb.
Ləğvetmə elanında kreditorların iki ay ərzində tələblərini Naxçıvan şəhəri, Babək məhəlləsi ünvanına bildirmələri istənilir.
Qeyd edək ki, “Naxçıvan” Universiteti 1994-cü ildən 1999-cu ilə kimi “Naxçıvan” bazası kimi fəaliyyət göstərib. Universitetin təsisçisi və ilk rektoru İsmayıl İsrafil oğlu Əliyev olub. Sonralar universitet İsmayıl Əliyevin əlindən alınıb və təsisçi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov olub. Ali Məclisin sədri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra universitetə nəzarət də onun əlindən çıxmışdı.
***
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən APA-ya bildirilib ki, Naxçıvan Universitetinə bu il tələbə qəbulu aparılmayıb.
Qeyd edilib ki, buna səbəb ləğv edilmə ilə bağlı müraciətin fevral ayında təsdiq edilməsi olub:
“Tələbələrin böyük hissəsi Naxçıvan Dövlət Universitetinə, Naxçıvan Dövlət Universitetindəki ixtisaslar ilə ixtisası uyğunlaşmayan tələbələr isə aidiyyəti yerlərə köçürülüb”.