Azərbaycanda çörəyin qiyməti bahalaşdı - Foto

azerbaycanda-coreyin-qiymeti-bahalasdi
Oxunma sayı: 10551

Bu gün səhər saatlarından etibarən marketlərdə bəzi növ çörəklərin qiyməti bahalaşıb.

Bu barədə “Qafqazinfo”ya alıcılar məlumat verib. Bildirilir ki, əvvəllər 55-59 qəpik civarında alınan doğranmış çörəklərin qiyməti hazırda 70 qəpikdir.  Qiymətlərində dəyişiklik edilən məhsullar isə əsasən “Çörəkçi” və “Nömrə 1” şirkətlərinə məxsusdur.

“Nömrə 1” şirkətinin nümayəndəsi saytımıza açıqlamasında qiymətlərdəki artımı təsdiqləyib: "Artım marketlər tərəfindən süni qaldırılmayıb, şirkət təbii səbəblərə görə qiyməti qaldırıb”.

İsgəndər Həmidovun 20 şirvanı, “Lotu Quli”nin etirazı... - Qobustan türməsindəki dialoq

Supermarketlər də çörəyin qiymətindəki bahalaşmanı saytımıza təsdiqləyiblər.

Xatırladaq ki, ölkədə bu ilin fevralın ikinci yarısında da satışda olan bəzi çörəklərin qiyməti təqribən 20 faiz bahalaşmışdı. 

Günel Türksoy