Azərbaycanda dəhşət – - 7 nəfər öldürüldü+Yenilənib

azerbaycanda-dehset-
Oxunma sayı: 4184


“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, hadisə oktyabrın 1-nə keçən gecə baş verib. Yaşayış evinə silahlı hücum edən şəxs 7 nəfəri öldürüb, 2 nəfəri isə yaralayıb.

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Goranboy Rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədirlər.

***

APA-nın məlumatına görə, hadisə bu gün səhər saat 4:00 radələrində baş verib. Yaralılar 28 yaşlı Natiq Məmmədov və 30 yaşlı Günel Məmmədova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.