Bakı-Qazax magistral yolunda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var.
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə yolun Şəmkir rayonu Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes”lə “VAZ 2106” markalı avtomobilin toqquşması nəticəsində bir qadın ölüb, biri uşaq olmaqla, 7 nəfər müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Məlumata görə, xəsarət alanlardan birinin vəziyyəti ağırdır. Onun azyaşlı olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdaərsində araşdırma aparılır.
***
Şəmkirdə “Mercedes” lə “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb. Şəmkir Mərkəzi rayon xəstəxanasından verilən məlumata görə, xəsarət alan 6 şəxsdən daha 3 nəfər keçinib. Bundan əvvəl qəza zamanı “VAZ 2106” da olan Aynur adlı qadın hadisə yerində öldüyü bildirilmişdi.




Son xəbərlər
Son Xəbərlər