Azərbaycanda erotik tamaşa nümayiş olundu - Video

azerbaycanda-erotik-tamasa-numayis-olundu-video
Oxunma sayı: 1642

Səməd Vurğun adına Rus Dram Teatrında Erix Emmanuel Şmidtin pyesi əsasında hazırlanmış “Rasputnik” tamaşasının premyerası keçirilib. Yaşı 18-dən aşağı olan tamaşaçılar zala buraxılmayıb. Tamaşanın biletinin qiyməti 11 manata olmasına baxmayaraq, qısa zamanda hamısı satılıb. Böyük anşlaqla keçən tamaşanın hazırlanmasında Azərbaycanla yanaşı, Sankt-Peterburq və Gürcüstandan da mütəxəssislər dəvət olunub.

Tamaşanın quruluşçu rejissoru Aleksandr Şarovski, quruluşçu rəssamı Sankt-Peterburqdan dəvət olunmuş Nikita Sazonovdur. Tamaşanın işıq rejissorluğu isə gürcü mütəxəssisisə həvalə edilib.

Bir sıra erotik səhnələrin yer aldığı tamaşada Fuad Poladov, Nataliya Şarovkskaya, Lalə Süleymanova, Oleq Əmirbəyov, Milana Madaxanova və başqaları rol alıb.

Tamaşa alqışlarla qarşılanıb. Tamaşa haqqında ətraflı təhlili gün ərzində təqdim edəcəyik. /ann.az/