Azərbaycanda həbsdəki polkovnik azadlığa buraxıldı

azerbaycanda-hebsdeki-polkovnik-azadliga-buraxildi
Oxunma sayı: 9408

Hərbi Prokurorluq tərəfindən əsgər ölümü ilə bağlı ittiham edilərək həbs edilən Müdafiə Nazirliyinin zabiti məhkəmə zalından azadlığa buraxılıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə onun vəkili Adəm Məmmədov məlumat verib.

Vəkil bildirib ki, polkovnik Ə.B barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə polkovnik barəsində seçilən həbs qətimkan tədbiri ləğv edilib və o, azadlığa buraxılıb.

***

Müdafiə Nazirliyi Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, qeyd olunan faktın və şəxsin Müdafiə Nazirliyinin strukturuna heç bir aidiyyəti yoxdur.

Murad Əhməd