Azərbaycanda polisi iş başında “tok” vurdu

azerbaycanda-polisi-is-basinda-tok-vurdu
Oxunma sayı: 2156


"Qafqazinfo" anspress-ə istinadən xəbər verir ki, Su Nəqliyyatında Polis İdarəsinn Lənkəran xətt polis şöbəsinin polis serjantı, rayonun Şirinsu kənd sakini, 1986-cı il təvəllüdlü Məlik Əlizamin oğlu Cahangirovu yüksək gərginlikli elektrik cərəyanı vurub. Polis hadisə yerində dünyasının dəyişib.

Hadisə keçirilən reyd zamanı baş verib. Belə ki, 5 nəfərdən ibarət reyd keçirən qrup qanunsuz balıq ovu ilə məşğul olan dəstəni yaxalamaq istəyib. Bu zaman Məlik Cahangirov ov ilə məşğul olanların suya buraxdıqları elektrik enerjisinin qurbanı olub.

Hadisə nəticəsində 2 nəfərin saxlanıldığı deyilir.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.