Azərbaycanda qadın doğuşdan 1 həftə sonra öldü

azerbaycanda-qadin-dogusdan-1-hefte-sonra-oldu
Oxunma sayı: 2563

Tovuzda yeni ana olmuş qadın vəfat edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Dondar Quşçu kənd sakini, 1996-cı il təvəllüdlü Şiranə Həsənova mayın 11-də Tovuz Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. 35-36 həftəlik uşaq dünyaya gətirən qadın daha sonra halı pisləşdiyindən xəstəxanada saxlanılıb.

Tibbi müdaxilələrə baxmayaraq, 1 həftə sonra – mayın 18-də günorta saatlarında Ş.Həsənova vəfat edib.

Ölüm faktı ilə bağlı araşdırmalar aparılır.

Nizam Rza