Azərbaycanda qəbiristanlıqda qətl

azerbaycanda-qebiristanliqda-qetl
Oxunma sayı: 5625

Şamaxıda 25 yaşlı gənc qətlə yetirilib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə “Yeddi Gümbəz” qəbiristanlığında qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Orxan Hacıyev mətbəx bıçağı ilə həmyerlisi, 1995-ci il təvəllüdlü Ruslan Surxayevi bıçaqlayıb. İnsident onların arasında yaranmış mübahisə zəminində baş verib. 

Yaralı aldığı zərbələrdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli