Azərbaycanda rəis özünü öldürdü - Neft Daşlarında

azerbaycanda-reis-ozunu-oldurdu
Oxunma sayı: 1526

Neft Daşlarında intihar hadisəsi qeydə alınıb.

“Qafqazinfo” ARDNŞ-yə istinadən xəbər verir ki, iyulun 9-da təqribən səhər saat 8.15 radələrində Neft Daşlarında Geofizika-Geologiya idarəsinin Neft Daşları mədən geofizika ekspedisiyası nəzarət-interpretasiya dəstəsinin rəisi (geoloq) 1961-ci il təvəllüdlü Vəliyev Məmməd Şəmistan oğlu naməlum səbəblərdən özünü 9 mərtəbəli yataqxananın 9-cu mərtəbəsindəki otağından atıb, nəticədə dünyasını dəyişib.

Hadisə ilə bağlı təcili olaraq müvafiq orqanlara məlumat verilib, araşdırma işləri aparılır.