Azərbaycanda “Son zəng”də kütləvi dava - Bıçaqlananlar var

azerbaycanda-son-zengde-kutlevi-dava-
Oxunma sayı: 9147

Gədəbəydə “Son zəng” tədbirində insident olub.

QafqazinfoAPA-ya istinadən məlumatına görə, hadisə rayonun Çaldaş kəndində qeydə alınıb. Məktəbdən kənarda keçirilən "Son zəng" şənliyində baş verən kütləvi davada 1996-cı il təvəllüdlü Yaşar Nəbiyev və onun əmisi oğlu 2001-ci il təvəllüdlü Röyal Nəbiyev bıçaqlanıb. Y. Nəbiyev Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, R. Nəbiyev isə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Cinayəti törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Ramin Tağıyev və başqa bir nəfər saxlanılıb.

Faktlıa bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.