Azərbaycanda tam yeni “Renault Duster” avtomobili təqdim olundu - Fotolar

azerbaycanda-tam-yeni-renault-duster-avtomobili-teqdim-olundu
Oxunma sayı: 2551

Artıq 10 ildir ki, “Renault” brendini Azərbaycanda uğurla təmsil edən “Nurgün Motors” tam yeni “Renault Duster” avtomobilinin təqdimatını həyata keçirib.

Tam yeni “Renault Duster” avtomobili bu modelin 2-ci nəslidir. Birinci nəsil “Duster” modeli 2010-cu ildən indiyə qədər müxtəlif illərdə xırda dəyişikliklərlə istehsal olunub, hazırda isə model tam yenilənib. Ümumilikdə “Renault Duster” modeli kompakt krossover seqmentinin bestselleri olub.

Tam yeni “Renault Duster” əfsanəvi yolsuzluq qabiliyyətini və etibarlılığı yeni bir komfort səviyyəsi ilə birləşdirir. Yeni “Duster” ilk dəfə olaraq ən maksimal komplektasiya da daxil olmaqla ümumilikdə müştərilərə 4 növ komplektasiya təqdim edir.

Avtomobilin keçicilik qabiliyyəti o qədər yüksəkdir ki, “Duster” əfsanəvi yolsuzluq avtomobili adını qazanıb. İndi bu əfsanəvi yolsuzluq avtomobili tam yeni dizaynda təqdim edilir. Ən vacibi isə odur ki, MDB ölkələrinin yollarına tam adaptasiya edilib.

Yeni “Duster” öz sahibinə sükan arxasında əminlik hissi və yeni emosiyalar vəd edir.

Tam yeni “Renault Duster” modeli müasir və dinamik dizayn, yeni arxa və qabaq diod işqlandırma sistemi, damda olan yeni reylinqlər, yüksək klirens, yan ətrafların yeni dizaynı, 17  düyümlük yeni dizaynlı disklər , 360 dərəcə ətrafı görmə funksiyası ,4x4 sisteminin idarə olunması və izlənməsi, işiq sensoru və yağış sensoru ilə çox ciddi yeniliklərə sahibdir.

Eksteryer dizayna nəzər yetirsək ilk öncə ön radiator barmaqlığı diqqəti cəlb edir. Bundan başqa yenilənmiş diod fənərlər avtomobilə müasir görünüş verir. Yan tərəfdən baxdığımız zaman genişləndirilmiş və böyüdülmüş təkər arkaları avtomobilə əsl yolsuzluq avtomobili dizaynını xatırladır. 

Avtomobil 6 müxtəlif rəngdə təqdim edilir: ağ, qara, gümüşü, boz, qəhvəyi, narıncı.  

Avtomobilin interyerində də bir çox yeniliklər nəzərə çarpır. Belə ki, tam yeni aletlər paneli, tam yeni klimat konrol paneli, 8 düyümlü multimedia monitoru, hündürlüyə və dərinliyə görə tənzimlənən yeni sükan çarxı, qızdırılan ön və arxa tam yeni oturacaqlar və mühərrikin uzaqdan işə salınması avtomobilin ən əsas yeni özəlliklərindəndir.

Qeyd edək ki, “Renault” brendinin Azərbaycanda rəsmi distrübütoru “Nurgün Motors” şirkətidir. Tam yeni “Renault Duster” avtomobilini sınaqdan keçirmək üçün alıcılar salona yaxınlaşaraq sınaq yürüşü edə, avtomobillə daha yaxından tanış ola bilərlər.

Ünvan: Bakı şəhəri, A.Salamzadə 2

Əlaqə: 012 934, (077) 477 0 934, (077) 434 0 934