Azərbaycanda vulkan püskürdü - Video

azerbaycanda-vulkan-puskurdu
Oxunma sayı: 5634

Bakının Qaradağ rayonunda palçıq vulkanı püskürüb.

Bu barədə “Qafqazinfo”ya Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Oqtay Bayramov məlumat verib.

O bildirib ki, vulkan Səngəçal qəsəbəsi ərazisindədir: “Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Vulkanologiya İnstitutuna məlumat verilib”.

O.Bayramov vulkan baş verən yerin yaşayış sahəsindən hansı məsafədə olması, xəsarət alanların olub-olmaması barədə məlumatı olmadığını bildirib.

Murad Əhməd