Son vaxtlar Azərbaycanda baş verən avtomobil qəzaları nəticəsində demək olar ki, hər gün 10-a dək ölkə vətəndaşı həyatını itirir. Ötən həftə Lökbatanda baş verən dəhşətli qəzadakı itkilərə diqqət yetirsək görərik ki, bu günlərdə qəzalar artıq marşurut avtobuslarına keçib. Bunun isə ölkədə çox ağır yol faciəsinə səbəb olduğuna şahidi olduq.
Artıq mətbuat da avtomobil qəzalarının dəhşətini ifadə edən termin tapıb. Son günlər baş verən ağır qəzaların hamısı “Yol terroru” başlığı ilə təqdim olunur. Bu gecə isə artıq avtomobil qəzası jurnalistikaya yeni başlayan bir yeniyetmənin də həyatına son verib. Lakin maraqlıdır ki, baş verən bu dəhşətləri hər kəs, hətta aidiyyati qurumlar da sadəcə seyr etməklə kifayətlənirlər. Nə Daxili İşlər Nazirliyi, nə Nəqliyyat nazirliyi, nə də digər bir qurum Azərbaycanda hər gün 10-a dək insanın bu və ya digər formada yol qəzasının qurbanı olmasına heç bir reaksiya vermir. Nə üçün cəmiyyətdə gözlərimizin önündə baş verən bu ağır hadisələrə görə heç kim məsuliyyət daşımır? Dəyərli oxucular, siz son günlər mətbuatda yol qəzaları ilə bağlı aşağıdakı başlıqlarla gedən xəbərlərə baxın.
06.09.2012 | Daha bir avtobus qəzası - Xəsarət alanlar var
04.09.2012 | 7 ölü, 14 yaralı - Yol terroru
22.08.2012 | Bayram günlərində 15 ölü - Yol terroru
16.08.2012 | Bir gecədə 9 ölü - Yol qəzası
15.08.2012 | Dünən qəzada 7 nəfər öldü
08.08.2012 | Dünənki qəzalarda - 7 ölü, 8 yaralı
09.07.2012 | Partiya yol qəzalarını müzakirə etdi
09.07.2012 | Həftə sonu yol qəzalarında - 8 nəfər ölüb
07.07.2012 | Ötən gecə qəzalarda - 8 nəfər ölüb
05.07.2012 | Qəzalar axırımıza çıxacaq - Bir gecədə 14 ölü
İnsanı dəhşət bürüyürmü? Bax bu qətliamlara görə, məsuliyyət kimin üzərinə düşür? Günahkar kimdir?
“Qafqazinfo” mövzu ilə bağlı oxucular arasında sorğu keçirdir. Düşünürük ki, oxucuların verdiyi reaksiyaalr müvafiq qurumlar tərəfindən də öyrəniləcək, hər halda bu terrorun qarşısının alınmasında faydalı olacaq. Beləliklə, Azərbaycanda “Yol terror”unun məsuliyyəti kimin üzərinə düşür?
1. Baş Dövlət Yol Polis İdarəsinin
2. Nəqliyyat Nazirliyinin
3. Sürücülərin
4. Qanundakı boşluğun
Qeyd: Sorğuda iştirak etmək üçün hər İP-dən gündə bir dəfə səs vermək olar və sorğu 10 gün davam edəcək. Sorğu saytın sağ tərəfində aşağıda yerləşir.
Son xəbərlər
Son Xəbərlər