Azərbaycandan tarixi qərar- - Rusiya əleyhinə səs vermədi

azerbaycandan-tarixi-qerar-
Oxunma sayı: 4777


“Qafqazinfo” xəbər verir ki, səsvermə qurumun rəsmi saytında da göstərilib. Ukrayna nümayəndə heyəti tam tərkibdə qərarın leyhinə səs verib. Qərarın əleyhinə səs verən ölkələr isə Azərbaycan, Ermənistan, Kipr, Serbiyadır. Qeyd edək ki, Azərbaycanı bu qurumda millət vəkilləri Əli Hüseynli, Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Sahibə Qafarova və Qənirə Paşayeva təmsil edir. 

Qətnamə onların ölkəsinə aid edildiyi üçün qaydalara görə, rusiyalılar səsvermədə iştirak edə bilməyiblər. 

Qətnamənin əleyhinə ümumilikdə 42, lehinə 160 nəfər səs verib. 

Xatırladaq ki, daha əvvəl AŞPA rusiyalı nümayəndə heyətini 2015-ci ilin aprelinə qədər səsvermə hüququndan məhrum etmişdi. Rusiyalılar bundan sonra seçkilərdə müşahidə missiyasında iştirak edə bilməyəcək, məruzəçi olmayacaq, həmçinin digər orqanlara AŞPA nümayəndəsi qismində təyin edilə bilməyəcəklər.

Siyahı ilə buradan tanış ola bilərsiniz